1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimizdən ardıcıl 5-ci qələbə
Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Avropa Liqasında II dövrənin daha bir oyununa çıxıb. Sportnet.az-ın məlumatına görə, Fransanın Renn şəhərində təşkil olunan bu dövrənin ikinci turunda rəqib İspaniya yığması olub.
Görüş ilk dövrədə olduğu kimi, Faiq Qarayevin baş məşqçi olduğu komandanın xeyrinə başa çatıb - 3:1 (25:14, 25:19, 14:25, 25:17). Bu, Azərbaycan millisinin ardıcıl 5-ci qələbəsi olub. Hələ ötən gün yığmamız Monteneqro üzərində 3:0 hesablı qələbə sayəsində qrup lideri kimi final mərhələsinə vəsiqəni təmin edib. İyunun 12-də son görüşündə Fransa üzərində də qələbə qazanacağı təqdirdə, F.Qarayevin komandası B qrupunu maksimum nəticə ilə tamamlayacaq.
Qeyd edək ki, final mərhələsi çərçivəsində ilk yarımfinal oyunları iyunun 23-də, təkrar qarşılaşmalar isə iyunun 26-da olacaq.