1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Robert Prosineçki: "Almaniya ilə görüş qrupun ən asan oyunu olacaq" - MÜSAHİBƏ
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosinçeki brifinq keçirib. Sportnet.az xorvatiyalı mütəxəssislə müsahibəni təqdim edir.
- Qətərlə yoldaşlıq oyunu barədə nə deyə bilərsiniz?
- Bu oyun bizim üçün çox vacib idi. Çünki Almaniya ilə seçmə mərhələ qarşılaşmasına az vaxt qalıb. Yeni futbolçuları yoxladım. Qələbə qazandığımız üçün sevinirəm.
- Bəzi futbolçuların milli komandaya dəvət olunması xoş qarşılanmadı...
- Baş məşqçi mənəm. Heyəti mən müəyyənləşdirirəm. Əlbəttə, kimsə deyə bilər ki, filan oyunçu niyə çağırılmayıb. Qərarı mən verirəm.
- Kamran Ağayevi milliyə çağıracaqsınız? Qapını kimə etibar edəcəksiniz?
- Kamran Ağayev artıq "Boavişta"da əsas heyətdə yer almır. Səlahət Ağayev Qətərlə görüşdə yaxşı təsir bağışladı. Lakin zədələndi. Bilmirik necə olacaq. Hər şeyə rəğmən, Kamran Ağayev bizim bir nömrəli qapıçımızdır.
- Riçard Almeydanın bir günlük milli komandaya dəvət olunması nəyə hesablanmışdı?
- Almeydanın növbəti rəsmi oyunda oynamayacağını bilirik. Lakin gələcəkdə çıxış edə bilər. Onun pasportu, sənədləri hazırlanır. Almaniya ilə matçda oynaya bilməyəcəyi üçün Qətərlə görüşdə onu oynatmadım.
- Almaniya ilə oyuna köklənmək çətin olmayacaq ki?
- Bizim üçün Almaniya ilə görüş qrupun ən asan oyunu olacaq. Almanlar nəyinki qrupumuzun favoritdir, dünyanın ən yaxşı komandalarındam biridir. Bu üzdən üzərimizdə heç bir təzyiq yoxdur.
- Sizinlə görüşən almaniyalı jurnalist bildirib ki, Azərbaycan minimum 0:5 uduzacaq. Yəni, arada bu qədər səviyyə fərqi var?
- Bəli, görüşümüz olub. Lakin bu barədə heç nə danışmamışıq. Ona dedim ki, bu matç Almaniya üçün çətin olacaq.
- Qətər Azərbaycanla görüşə hərbi sirr kimi yanaşır, görüntüləri təqdim etmir. Müasir futbolda bu nə dərəcədə doğrudur?
- Sizinlə razıyam. Niyə belə etdikləri mənim üçün də qaranlıq qalıb.