Akrobatika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri Belçikada təşkil olunacaq beynəlxalq turnirlərə qatılacaqlar.
Sportnet.az-ın məlumatına görə, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük Antverpenin Purs bölgəsində təşkil olunacaq Dünya Kubokunda iştirak edəcək.
Nəzrin Zeyniyeva, Zəhra Rəşidova, Anahita Başiri isə eyni şəhərdəki “Flanders Acro Cup”a qatılacaqlar.
Qeyd edək ki, hər iki yarış 6-9 apreldə gerçəkləşəcək.