1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Hafiz Məmmədovun əlindən çıxan klubu erməni aldı
İspaniyanın "Atletiko" klubu məhkəmə qərarı ilə azərbaycanlı iş adamı Hafiz Məmmədovun əlindən alınan Fransa "Lans"ının sahiblərindən birinə çevrilib. Sportnet.az-ın məlumatına görə, keçid hüququ barədə müqavilə məsələləri tamamlanıb.
"Atletiko" "Lans"ın 35 faizinə yiyələnib. Klubun səhmlərinin daha 65 faizi Lüksemburqun "Solferino" şirkətinə məxsus olacaq. Bu şirkətin arxasında "Atletiko" rəsmiləri İqnasio Aquillo və Migel Anxel Hil, habelə Böyük Britaniyanın AmberCapital" investisiya şirkəti durub. "AmberCapital"ın təsisçisi isə erməni əsilli livanlı Jozef-Mari Oqurlyanla fransalı Jil Fretinyodur.
Hafiz Məmmədov virtualaz.org-a açıqlamasında məhkəmənin bu qərarına etiraz edəcəyini bildirib. O, artıq Fransaya vəkillərini göndərdiyini deyib: "Mən hələ "RCL Holdinq"in müflis elan edilməsi ilə bağlı sənədləri almamışam. Məhkəmənin 4 may tarixli qərarı da mənə göndərilməyib".
Qeyd edək ki, H.Məmmədov 2013-cü ildən "Lans"ın sahibidir.