Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Almaniyanın Kotbus şəhərində keçirilən "GymCity Open" beynəlxalq turnirində qızıl medallar qazanıblar.
Bu barədə Sportnet.az-a Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Hüseyn Abbasov və Əli Niftəliyev yarışda birinci yeri tutublar.
Onlar fərdi proqramda fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.