
Aprelin 18-də Milli Gimnastika Arenasında “Bədii gimnastika üzrə Dünya kuboku və AGF Trophy” start götürəcək.
Sportnet.az xəbər verir ki, üç gün davam edəcək yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə öz bacarıqlarını sərgiləyəcəklər.
Ənənəyə uyğun olaraq bu kubokda da ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.