
III MDB Oyunlarında gimnastika yarışlarında Azərbaycan təmsilçisi Azadə Atakişiyeva gümüş medal qazanıb.
İdmançı yarışdan sonra Sportnet.az-a açıqlamasında çıxışını dəyərləndirib:
“Mən çox şadam ki, mükafatçılardan biri oldum və gümüş medal qazandım. Əgər xırda səhvlərim olmasaydı, qızıl medal qazana bilərdim. Bu gün mənə böyük dəstək oldular, hamısına təşəkkür edirəm. Sabah finalda çıxış edəcəyəm və orada qızıl medal qazanmaq üçün əlimdən gələni edəcəyəm.”