Bədii gimnastika üzrə Azərbaycan milli komandası İtaliyanın Pesaro şəhərində Dünya Kubokunda çıxış edib.
Sportnet.az-ın Federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, qrup hərəkətləri proqramında Aliyə Paşayeva, Siyana Vasilyeva, Diana Doman, Zeynəb Hümmətova və Ayşən Bayramova finala yüksəliblər. Onlar 5 halqa ilə təsnifat mərhələsində 17.300 xal toplayaraq 8-ci yeri tutublar.
Final mərhələsində "5-lik" hakimlərdən 17.700 xal alaraq 4-cü olub.
Fərdi proqramda isə Zöhrə Ağamirova və Veronika Hudis çıxış edib. Onlardan ən yaxşı nəticəni Ağamirova lentlə nümayiş etdirib. O, 51 iştirakçı arasında 12-ci yeri tutub.