Azərbaycanın idman gimnastı Nikita Simonov Bakıda keçirilən Dünya Kubokunda bürünc medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, halqa ilə hərəkətlərdə 14.500 xal toplayan idmançı fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
İtaliyalı Mareska Salvatore 1-ci, türkiyəli İbrahim Çolak isə 2-ci yeri tutub.
Qeyd edək ki, Nikita Simonov təsnifatda hakimlərdən 14.266 xal almışdı.
------------------------------------
Bu gün Azərbaycanın 2 idman gimnastı Bakıda keçirilən Dünya Kubokunda final mərhələsində çıxış edəcəklər.
Sportnet.az-ın məlumatına görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı İvan Tixonov paralel qollarda, Nikita Simonov isə halqa ilə hərəkətlərdə medal qazanmağa çalışacaq.
Tixonov təsnifat mərhələsini 13.933 xalla 8-ci, Simonov isə 14.266 xalla 6-cı yerdə başa vuraraq, finala vəsiqə qazanıblar.
Bu gün həmçinin sərbəst hərəkətlər, dayaqla tullanma və müxtəlif hündürlüklü qollarda mükafatçılar müəyyənləşəcək. Yarışlar saat 12:00-da başlayacaq.
Qeyd edək ki, Dünya Kubokuna aprelin 3-də yekun vurulacaq.