Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında 6-cı yeri tutub.
Sportnet.az-ın məlumatına görə, 21 yaşlı idmançı finalda halqa ilə hərəkətlərdə hakimlərdən 31.150 xal alıb.
O, topla hərəkətlərdə 17-ci, iki hərəkətin cəmində isə 10-cu olub.
Yarışın ilk günündə mübarizəyə qoşulmuş digər bədii gimnast Alina Gözləova isə halqa hərəkətlərdə 39-cu, topla hərəkətlərdə 51-ci yeri tutub.
--------------------------------------------
Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında finala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 21 yaşlı idmançı halqa ilə hərəkətlərdə 30.850 xal toplayaraq, həlledici mərhələyə vəsiqə qazanıb.
Final çıxışı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.