
Özbəkistan Çövkən Federasiyasının baş katibi Mahmud Maxomiç III MDB Oyunlarının yüksək səviyyədə təşkilinə görə Azərbaycana minnətdarlığını bildirib.
Sportnet.az-ın Şəkiyə ezam olunan əməkdaşının məlumatına görə, federasiya rəsmisi bunu jurnalistlərə açıqlamasında deyib.
O, yığmanın nəticəsini dəyərləndirib: "III MDB Oyunlarını təşkil edən Azərbaycan rəhbərliyinə minnətdarlığımızı bildiririk. Atlar, həmçinin idmançılar üçün yüksək şərait yaradılmışdı. Qazaxıstan və Qırğızıstan komandaları da keyfiyyətlidir. Finalda qarşılaşdığımız Azərbaycan yığması yaxşı oynadı və qələbə qazandı".
Qeyd edək ki III MDB Oyunlarının finalında Özbəkistan yığması Azərbaycana 0:3 hesabı ilə məğlub olaraq gümüş medal qazanıb.