1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Niko Rosberq: "Yarışın Bakıda keçirilməsindən məmnunam" - MÜSAHİBƏ
Formula 1-in "Mercedes" komandasının pilotu Niko Rosberq Bakı Şəhər Halqası ilə fikirlərini bölüşüb. Sportnet.az 31 yaşlı pilotun müsahibəsini təqdim edir
- Bakı Şəhər Halqası ilə tanış oldunuz? Simulyatorda test etmisiniz?
- Trek barədə az da olsa məlumatım var, mühəndislər yeni mərhələ üçün hazılıqlar görürlər. Lakin simulyatorda hələ ki, test etməmişəm. Trekin konfiqurasiyasını görmüşəm. Məncə çox möhtəşəm iş görülüb.
- Mövsümü necə xarakterizə edərdiniz?
- Hər şey yaxşıdır. Mən xoşbəxtəm. Uğurlarım üçün sevinirəm. Əlbəttə ki, rəqiblərimin mövsümə uğursuz başlamalarından faydalana bilmişəm.
- Yeni ölkəyə gəlincə ilk işiniz nə olur?
- Yeni mədəniyyətlər haqqında məlumat almağı çox sevirəm, insanların necə yaşadıqları haqqında maraqlanıram.
- Karyeranızla bağlı ən yadda qalan anı xatırlaya bilərsinizmi?
- Bir dəfə, bolidimdə kiminsə oturduğunu gördüm – ad günüm idi, dəbilqə hissəsi bağlı idi və orda oturan şəxs Vivian idi (Niko Rosberqin həyat yoldaşı). Mənə doğum günü sürprizi etmək qərarına gəlmişdi – onun gələcəyi haqqında məlumatım yox idi.
- Bu nə zaman baş verib?
- 13 il əvvəl. 2003-cü ildə. Formula 3 yarışlarında.
- İllər öncə! Əgər Formula 1-ə nəyisə əlavə etmək imkanınız olsa, bu nə ola bilərdi?
- Çox sayda pərəstişkar.
- Bəs Azərbaycandakı pərəstişkarlarınıza nə demək istərdiniz?
- Bakı – möhtəşəm şəhərdir. Yarışın orada keçirilməsindən çox məmnunam. Bu inanılmaz yarışı öz gözlərinizlə görməyiniz üçün, hər kəsi ora dəvət edirəm. Əminəm ki, hər şey yüksək səviyyədə keçəcək.
- İndi isə bu bu insanları və ya terminləri 3 sözlə ifadə edin...
- Berni Ekleston – Böyük boss, ağıllı, Xaç atası
- Formula 1 - ən yaxşı idman növü, kübarlıq, sürət..
- Luis Hamilton – istiqamət verən, əla pilot, rəqibim
- Fernando Alonso - ən yaxşılardan biri, ispan. Bu qədər.
- Daniil Kvyat – rus, ümid, gənc pilot
- 2016 Avropa Qran Prisi – Mövsümün ən maraqlı yarışı, həyəcanlı, yeni sınaq.