Veteran futbolçu və tanınmış mütəxəssis Əfqan Talıbov Sportnet.az-a müsahibəsində Azərbaycan milli komandasının ABŞ yığması ilə yoldaşlıq görüşü barədə danışıb. Talıbov oyun zamanı qapıçı Kamran Ağayevin işlətdiyi qeyri-etik ifadəyə də münasibət bildirib...
- Millimizin oyunu sizə necə təsir bağışladı?
- Millimizin oyunu sizə necə təsir bağışladı?
- Səhər tezdən baxdım, ənənəvi olaraq balansa baxanda müdafiə xətti hücuma nisbətən yaxşı idi. Yəni müdafiə oluna bilirik, hardasa rəqibin hücumlarının çoxunun qarşısını ala bilirik, amma əfsuslar olsun ki, yenə də var qüvvə ilə hücuma gedə bilmirik, cinah asmaları, qapıya zərbə az idi. Hücum müdafiədən qurulurdu və sona çatdıra bilmirdik. Uzun kombinasiyalar yarada bilmirdik. Yəni, top bizdə çox qalmırdı. Bu dəfə ortada cavanlara - Abdulla Abatsiyevlə Qara Qarayevə üstünlük verilmişdi. Orta xətdə ikisi də müdafiə zamanı bir–birinə hardasa dayaq olurdular. Görünürdü ki, top ala bilirlər. Amma əfsuslar olsun ki, hücuma qoşularkən, çox top itirirdilər, uzun ötürmələri yox idi. Qısa ötürmələrlə oyun zamanı isə top itirilirdi, yənə rəqib hücum edirdi. Rəqib tezliklə topu alaraq, sakit tərzdə hücum vururdu.
- Sizcə, millimiz rəqibdən çəkinirdi?
- San-Fransisko ilə Bakı arasında 12 saatlıq fərq var. Millimiz ona görə tez getmişdi ki, yerli vaxta uyğunlaşsın. Yəni, adaptasiya üçün bir həftə vaxt var idi. Digər tərəfdən, komandada gəncləşmə getməyi yaxşıdır, amma bununla bərabər, oyunun gözəl mənzərəsi də hərdən meydanda görünməlidir.
- Yığmamızda bəyənmədiyiniz və bəyəndiyiniz futbolçular kimlər oldu?
- Hücum xəttində Rüfət Dadaşov çox zəif çıxış etdi. Demək olar ki, meydanda heç görünmürdü. Amma Rauf Əliyev çalışırdı, axtarırdı, özü nəsə etmək istəyirdi. Pərdis Fərcad-Azad da heç nə ilə yadda qala, oyuna yaxşı qoşula bilmədi. Dmitri Nazarov rəqib qapısına doğru bir zərbə vurdu, o da yaxşı alınmadı. Yəni, ümumi götürdükdə müdafiə xətti hücumdakından daha yaxşı təsir bağışladı. Kamran Ağayev yenə komandamızı real qollardan xilas etdi. Bir neçə epizodda o, gözəl oynadı. Ağayevlə yanaşı, Ufuk Budak da sol cinahda çox yaxşı oynadı. Demək olar ki, ən fəal və ən düzgün formada baş məşqçinin tapşırıqlarını yerinə yetirdi. Topla davranışı, rəqibi ötüb keçməyi, top almağı, mərkəz müdafiəçilərinə nəzərən az səhvə yol verməsi vurğulanmalıdır. Mahir Şükürov və sonradan İlkin Qırtımovun yer aldığı sağ cinahdan ABŞ yığması daha çox hücuma keçirdisə, sol cinah fərqli idi. Bir az da hərəkətliliyi ilə hücum xəttində Rauf Əliyev seçilirdi. Amma Əliyev tək idi, demək olar ki, orta xətdən hücuma qoşulmurdular, yaxşı asmalar vermirdilər ki, o da rəqib qapısı qarşısında təhlükə yaratsın. Rüfət Dadaşov passiv qaldı, onu oynada bilmədilər. Bir sözlə, millimiz Amerikada olsa da, Amerika açmadı.
- ABŞ millisi barədə nə deyə bilərsiniz?
- Rəqib dünya çempionatına vəsiqə qazanıb. Demək olar ki, komanda şəklində hücuma da qoşulurlar, müdafiəyə də çəkilirlər. Pressinqdən də, əks-hücumdan da yararlandılar və bunların hamısı alındı. Hər iki qolu standart vəziyyətdən vurdular. Cərimə meydançasında rəqib futbolçu ilə birəbir oynamaq - bu, bizdə həmişə olub, yenə də problemdir. Fikir topdadırsa, gərək oyunçunu nəzərdən qaçırmasınlar, yenə də qaçırtdılar. Cərimə meydançasında standart vəziyyətlərdən, küncdən zərbələr, cərimələr, asmalarda problem yaranır. Demək olmaz ki, komandamız ümumən pis oynadı. İnamlı oynayırdılar, amma kollektiv oyun yox idi. Məsələn, Elvin Yunuszadə müdafiənin mübarizə aparır, alır, verirdi, amma Rasim Ramaldanovla çoxdandır birgə oynamırdılar. Budak, Abatsiyev və Qarayev hələ bir–birinə uyğunlaşmalıdır. Hücumda Cavadovla Əliyev bir-birilərini hardasa başa düşə bilirlər. Orta xətdə isə Ruslan Abışov o qədər də gözə dəymədi.

- Abışov oyundan əvvəl yemək və vaxtdan şikayətlənirdi...
- Elə meydanda da sanki tam normal düşüncəli Ruslan deyildi. Qaçırdı, meydanda idi, amma nə uzaqdan zərbələri, nə uzun ötürmələri elə də gözə dəydi. Dediyim kimi, Ağayev, Budak və Əliyevi fərqləndirə bilərdim. Yəqin ki, qarşıdakı digər yoldaşlıq görüşlərində də Foqts gəncləri orta xətdə oynatmağı nəzərdə tutub. Sentyabrın 9-da Bakıda Bolqarıstanla keçirəcəyimiz 2016-cı il Avropa çempionatının seçmə qrupu oyununa elə də çox qalmayıb. Gözümüzü açıb görəcəyik ki, tsikl başlanıb. Ona görə də qalan müddətdə xüsusən, orta xətdəki problemləri aradan qaldırmağa çalışmalıyıq.
- Yəni, topu müdafiədən hücuma daşıya bilməyi nəzərdə tutursunuz?
- Bəli. Hücum başlayan kimi sönür. Rəqib topu asan alır. Top bizdə dayanmır. Ona görə də rəqib tərəfə keçərək, orada rahat şəkildə yerdəyişmələrlə hücumu tədricən qura bilmirik. Yəni, topla gözəl davranışları var, amma əfsuslar olsun ki, 5-6, 7-8 ötürmə ilə hücuma keçə bilmirik. Komandamız topla olarkən rəqibi hiss etməli, özündə top saxlamalıdır, qanadlardan, ortadan rəqibin cərimə meydançasına girmək üçün yer axtarmalıdır. Axtarıb tapa bilmirdik, top tez itirildiyindən, hücumlar kəsərli alınmırdı. 3-4 küncdən zərbəmiz oldu, Mahir Şükürov bir cərimə zərbəsi vurdu. Hesab edirəm ki, hücumda inamlı oynamaq lazım idi.
- Biz bunu 2014-cü il dünya çempionatının Portuqaliya ilə seçmə qrup matçında da gördük: Sanki komandamız daxilində mehriban ab-hava yoxdur. ABŞ-la matçda da Kamran Ağayev komanda yoldaşına qarşı təhqiramiz sözlər işlətdi. Bununla bağlı nə deyə bilərsiniz?
- Heç kim deyə bilməz ki, mən futbolda olduğum və oynadığım dövrlərdə nə vaxtsa gənc oyunçuları təhqir etmişəm, söymüşəm. Müəyyən dərəcədə göstəriş vermək, "Səhv etmə, düzgün oyna" demək olar. Amma kimsə öz komanda yoldaşına iradını etiraz yox, təhqirlə, onu alçaltmaq yolu ilə edirsə və əks-reaksiya almırsa, bu, müəyyən dərəcədə pis haldır. Komandanın mehribanlığı meydanda lazımdır. Ola bilər ki, meydandan kənardan kimsə digəri ilə dostluq etməsin, xasiyyətindən xoşu gəlməsin. Yəni, bu, adi bir şeydir. Amma meydanda hamı birlikdə milli komandanın formasını daşıyır. Mehribanlıq var deyə, görüntü yaratmaq lazım deyil. Komanda üzvləri bir-birini tamamlamalı, bir–birilərinə görə başlarını ayaq altına qoymalıdırlar.
- Belə hallara qarşı hansı tədbirlər görülə bilər?
- Belə şeylər varsa, mütləq araşdırılmalıdır. Baş məşqçi qərarında daha kəskin, cəsarətli olmalı, kimliyindən asılı olmayaraq, səhv hərəkət edirsə, onu ehtiyat oyunçular skamyasında otuzdurmalı, hətta lazım gəlsə, növbəti oyunlara çağırmamalıdır. Hər bir oyunçunun cəzasını baş məşqçi verir. Əgər belə hallar varsa, yaxşı şey deyil. Mən təcrübəliyəmsə, kimisə təhqir etməliyəm? Yadımdadır, İker Kasilyas 18 yaşında "Real Madrid"ə gəldi, 15 ildir bu komandanın və İspaniya yığmasının qapısını qoruyur. O zaman o nə etməlidir? Səhv hamıda var. Elə futbolçu yoxdur ki, səhv etməsin. Ona görə meydançada yalnız dəstək olmaq lazımdır. Təbii ki, baş məşqçi bundan xəbərdardır. Yəqin, əncam çəkərlər.