
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubunu məğlub edən “Qarabağ” pley-offa vəsiqə qazanıb.
Sportnet.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan cavab oyununda Ağdam təmsilçisi 5:1 hesablı qələbə qazanıb.
Niderlandlı baş hakim Danni Makkelinin idarə etdiyi görüşdə hesabı qonaqlar açıblar. 10-cu dəqiqədə Fabris Tamba fərqlənib.
16-cı dəqiqədə rəqibin müdafiəçisi Klisman Tsake avtoqol müəllifi olub. Bu qoldan iki dəqiqə sonra Kadi Borges "köhlən atları" hesabda önə keçirib.
33-cü dəqiqədə Nəriman Axundzadə fərqi artırıb, 35-də isə Marko Yankoviç penaltini dəqiq yerinə yetirib.
Qarşılaşmanın 59-cu dəqiqəsində qol vuran Leandro Andrade yekun hesabı müəyyənləşdirib.
Skopyedə keçirilən oyunda da Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qalib gəlmişdi - 1:0.
"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinə gedən yolda “Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” (Macarıstan) cütünün güclüsü ilə qarşılaşacaq.
---------------------------
“Qarabağ" bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya" klubu ilə cavab oyununu keçirəcək.
Sportnet.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq görüşü niderlandlı hakimlər briqadası idarə edəcək.
Saat 20:00-da start götürəcək matç baş hakim Danni Makkeliyə həvalə olunub. Ona Hessel Steeqstra ilə Yan de Vries köməklik edəcək. Dördüncü hakim funksiyasını Mark Naqteqaal yerinə yetirəcək. VAR Dennis Hiqler, AVAR isə Riçard Martens olacaq.
Komandalar arasında Skopyedə keçirilən ilk oyunda Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, bu duelin qalibi pley-offda “Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” (Macarıstan) cütün güclüsü ilə qarşılaşacaq. Uduzan tərəf isə eyni cütün məğlubu ilə UEFA Avropa Liqasının əsas mərhələsinə vəsiqə uğrunda üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi
20:00 “Qarabağ” – “Şkendiya” - 5:1
Qollar: Klisman Tsake (ö.q.) 16. Kadi Borges, 18. Nəriman Axundzadə, 33. Marko Yankoviç, 35 (pen.). Leandro Andrade, 59 - Fabris Tamba, 10
İlk oyun - 1:0
Baş hakim: Danni Makkelie
Baş hakimin köməkçiləri: Hessel Steeqstra, Yan de Vries
Dördüncü hakim: Mark Naqteqaal
VAR: Dennis Hiqler
AVAR: Riçard Martens
(Hakimlər briqadası Niderlanddandır)
Tofiq Bəhramov adına Respublika Stadionu.