Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qılıncoynadan Səbinə Mikina ilk görüşünə çıxıb. Sportnet.az-ın məlumatına görə, qadın sablyaçının rəqibi 1/16 final mərhələsindəki rəqibi tunisli Azza Besbes olub.
Görüş Besbesin qələbəsi ilə yekunlaşıb - 15:12. Bununla da Mikina mübarizəni erkən dayandırıb.
Qeyd edək ki, Səbinə Mikina Azərbaycanın olimpiadada qılıncoynatma növündə yeganə təmsilçisi olub.