1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Serbiya yığması millimizlə oyuna itki ilə çıxacaq
"Azərbaycan millisi ilə bugünkü qarşılaşma elə də vacib deyil, amma Danimarka ilə AVRO-2016-nın seçmə qrup matçı öncəsi çox faydalıdır". Sportnet.az-ın məlumatına görə, bunu Serbiya yığmasının baş məşqçisi Radovan Çurçiç deyib.
O, yoldaşlıq görüşü öncəsi heyəti yeniləyərək komandada balans yaratdıqlarını və fiziki hazırlığı yüksəltdiklərini bildirib. Çurçiç deyib ki, millimizlə yoldaşlıq görüşü Danimarka səfəri ərəfəsində futbolçuların hansı formada olduqlarını göstərəcək. Amma Serbiya yığması bugünkü oyuna itki ilə çıxacaq. Nemanya Qudel bir neçə ay öncə aldığı zədəni yenidən təzələdiyi üçün ehtiyat tədbiri kimi istirahət edəcək. Adem Lyayiçin çiynindən yüngül problemləri olsa da, meydana çıxmasına əngəl görülməyib.
Baş məşqçi Azərbaycan millisi barədə də fikirlərini bölüşüb: "Aydındır ki, yeni baş məşqçinin gəlişi ilə rəqibin oyununda dəyişikliklər baş verib. Amma bunadək Azərbaycan yığması İtaliyada layiq olmadığı məğlubiyyətlə üzləşib. Bu komanda çox ağressivdir və bir anlıq da imkan vermir. Çox işləyirlər və aydındır ki, baş məşqçi Robert Prosineçki komandasından çoxlu ötürmələr vermələrini və topa mümkün qədər çox yiyələnmələrini istəyir".
Qeyd edək ki, Avstriyanın "Sankt Polten" şəhərindəki "NV Arena”da keçiriləcək Azərbaycan - Serbiya matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.