"Hesab edirəm ki, yaxşı sınaq oyunu oldu. Birinci hissədə daha yaxşı oynadıq". Sportnet.az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Serbiya ilə yoldaşlıq oyunundan sonra deyib.
Xorvatiyalı mütəxəssis 1:4 hesabı ilə məğlub olduğumuz görüş haqda sözlərinə belə davam edib: "Hesabı bərabərləşdirə bildik. Amma Serbiya millisinin üzvlərinin əksəriyyətinin Avropanın aparıcı klublarında çıxış etməsi nəticəyə təsirini göstərdi. Fərdi ustalıq öz sözünü dedi; qolların birini standart vəziyyətdən – künc zərbəsindən, ikisini isə uzaq məsafədən vurulmuş zərbələrdən sonra buraxdıq.
Ümumilikdə, oyunu təhlil etməli olsaq, birinci hissədən razı qaldım. Serbiya millisi kimi komandalarla başabaş mübarizə apara bilmək üçün çox çalışmalıyıq. Toplanışın gedişindən razıyam. Noreç yığması ilə oyuna daha böyük motivasiya və istəklə hazırlaşmalıyıq. Buna nail olsaq, rəqibimizlə eyni səviyyədə oynaya bilərik”. (AFFA)
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |