I Avropa Oyunlarında bu gün mübarizəyə qatılan Azərbaycanın hər iki taekvondoçusu finala yüksəlib. Sportnet.az-ın məlumatına görə, bunlar Milad Beygi Harçegani ilə Fəridə Əzizovadır.
Kişilər arasında 80 kq çəkidə çıxış edən Harçeqani yarımfinalda portuqaliyalı Julio Ferreyranı məğlubiyyətə uğradıb - 6:2. Həlledici görüşdə rəqib Albert Qaun (Rusiya) olacaq.
Qadınların yarışında 67 kq çəkidə yer alan Əzizova isə finala gedən yolda isveçli Elin Yohanssonu üstələyib - 5:2. Qızıl medal qarşılaşmasında onun rəqibi Anastasiya Barışnikova (Rusiya) olacaq.
Görüşlərin nəticəsindən asılı olmayaraq, Azərbaycan "Bakı 2015"də ən azı 2 gümüş medalı təmin edərək, aktivindəki medalların sayını 25-ə çatdırıb.