Azərbaycan taekvondoçuları "Bakı 2015" I Avropa Oyunlarında daha 2 medal qazanıb. Sportnet.az-ın məlumatına görə, Milad Beygi Harçeqani qızıl, Fəridə Əzizova gümüş medala sahib olub.
Hər iki təmsilçimiz finalda rusiyalılarla qarşılaşıb. Kişilər arasında 80 kq çəki dərəcəsində çıxış edən Harçeqani Albert Qaunu yenib - 9:4. Qadınların mübarizəsində 67 kq çəkidə yer alan Əzizova isə Anastasiya Barışnikovaya uduzub - 5:6.
Bununla da Azərbaycan idmançılarının "Bakı 2015"də qazandıqları medalların sayı 28-ə, taekvondoda isə 4-ə çatıb.