
Azərbaycan qimnastı Oleq Stepko Avropa Oyunlarında üç medal qazandığı idman gimnastikasının sonuncu günü ilə bağlı fikirlərini bölüşüb. Sportnet.az-ın məlumatına görə, 21 yaşlı idmançı bir dəst medal əldə etməsindən çox sevindiyini açıqlayıb.
O deyib: "Çox sevinirəm ki, bu gün bir dəst medal əldə etdim. Çox gərgin atmosfer vardı. Çıxışımı uğurla yekunlaşdırdım. Ümumilikdə çox məmnunam".
Avropa Oyunlarının beşqat mükafatçısının sözlərinə görə, artıq Azərbaycan gimnastlarından çəkinirlər.
Gimnast, Azərbaycan prezidentinə, Gimnastika Federasiyasının və məşqçisinin etimadını doğrulduğuna görə çox şadam olduğunu vurğulayıb. "Azarkeşlərə də minnətdaram", - deyən Stepko gimnastikanı inkişaf etdirməyə, uşaqları bu idman növünə cəlb etməyə çağırıb.