1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Böyükağa Hacıyev: "Rəqib bizim üçün qapalı sandıq idi"
"Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Səudiyyə Ərəbistanının "Al Qadisiyah” komandası ilə keçirdikləri yoxlama matçı barədə danışıb. Sportnet.az-ın məlumatına görə, flaqmanın rəsmi saytına açıqlama verən Hacıyev 3:1 hesablı qələbəyə rəğmən çoxsaylı qol imkanından yararlana bilmədiklərini açıqlayıb.
O deyib: "Rəqib tanımadığımız komanda, bizim üçün qapalı sandıq idi. Hesabda geri düşsək də, futbolçularımız 3 qol vura bildilər. Ümumiyyətlə, çoxsaylı qol imkanlarından istifadə edə bilmədik. Bununla belə, komandanın hazırlığından razıyam".
Hacıyev bildirib ki, əsas məqsəd Avropa Liqasının II təsnifat mərhələsinə hazırlıqdır: "Bu yöndə işlərimiz gedir. Azarkeşlər yeni mövsümdə də "Neftçi”nin timsalında mübariz bir komanda görəcəklər”.
Qeyd edək ki, "Neftçi"nin Avroliqadakı rəqibi I təsnifat mərhələsində Sloveniya "Koper"i ilə Çernoqoriya "Çelik"i arasındakı qarşılaşmaların qalibi olacaq. Flaqman II təsnifat mərhələsində ilk görüşünü iyunun 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.