Rusiyanın paytaxtı Moskvadakı "Barrikadnaya" metro stansiyasında "Spartak" və MOİK azarkeşləri arasında kütləvi dava düşüb. Sportnet.az-ın "Sport-Ekspress"ə istinadən məlumatına görə, "qırmızı-qaralar"ın fanatları qonşu vaqonda "hərbçilər"in tərəfdarlarını görüb.
Qatar dayanacaqda saxlayıb vaqonlarını açan kimi onlar rəqibləri üzərinə hücum çəkiblər. Bir dəqiqə sonra hadisə yerinə OMON özünü yetirib. Qatarların hərəkəti təqribən 5 dəqiqəliyə dayandırılıb.
Qeyd edək ki, Rusiya Premyer Liqasında V turun "Spartak" - MOİK matçı bu gün Bakı vaxtı ilə saat 23:30-da başlanıb.