"Həqiqətən də çox güclü komandaya qarşı oynadıq". Sportnet.az-ın məlumatına görə, bunu İtaliya yığması ilə AVRO-2016-nın seçmə qrup matçından sonra jurnalistlərə açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Əfran İsmayılov deyib.
27 yaşlı yarımmüdafiəçi rəqibin istədiyini etdiyini bildirib: "İtaliya millisinin hər bir futbolçusu çox güclü, səviyyəlidir. Hamısı güclü klublarda çıxış edir. Şadıq ki, belə bir komandaya qarşı oynadıq, vuruşduq çalışdıq. Bizə çox asanlıqla qalib gəldiklərini deməzdim. Öz səhvlərimizdən qollar buraxdıq. Düzdür, Maltanı 1:0 hesabı ilə yenmişdilər. Amma inanmıram ki, İtaliya bizə qarşı Malta ilə qarşılaşmadakı kimi yanaşdı. Əksinə, bizə qarşı çox ciddi oynadıqlar. Bu matç onlar üçün final mərhələsinə vəsiqə baxımından daha vacib idi. Ona görə bizə qarşı çox ciddi yanaşdılar. Əlimizdən gələni etdik, bacarığımız bu idi".

İsmayılov hesabda 1:2 geridə olarkən də bərabərliyi yenidən təmin etməyə çalışdıqlarını da əlavə edib: "İnanırdıq ki, bunu bacaracağıq. Lakin İtaliya göstərdi ki, heç vaxt boşalmırlar, sonadək mübarizə aparırlar".
Qeyd edək ki, millimizi 3:1 hesabı ilə yenən İtaliya AVRO-2016-ya vəsiqəni təmin edib.