Futbol üzrə Azərbaycan Premyer Liqasının X turunun bütün təyinatları açıqlanıb. Sportnet.az-ın məlumatına görə, "Neftçi" və "İnter" arasında keçiriləcək paytaxt derbisi qalmaqallı referi Elvin Əsgərova həvalə olunub.
Əsgərov VII turun "İnter" - "Qarabağ" matçında da baş hakim olub. O, oyunun sonlarında meydan sahiblərinin qapısına şübhəli penalti təyin edib. Bu qərar "İnter"li futbolçuların kəskin etirazı ilə qarşılanıb. Nəticədə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun göstərişi ilə Elvin Məmmədov zərbəni qəsdən kənara vurub.
Əsgərov FİFA referisi Rəhim Həsənov isə "Zirə - Kəpəz" matçında iş başında olacaq. Bu oyunların hakim-inspektorları isə Əhmədağa və Gülağa Cabbarov qardaşları olacaq.
28 oktyabr (çərşənbə)
"Qarabağ” – "Rəvan”
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Akif Əmirəli, Ziya Nəsirov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Vüsal Əliyev
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu, 19:00
"Xəzər Lənkəran” – "Sumqayıt”
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Cavanşir Yusifov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Füzuli Nəcəfov
"Xəzər Lənkəran” mərkəzi stadionu, 17:00
"Neftçi” – "İnter”
Hakimlər: Elvin Əsgərov, Mübariz Haşımov, Rza Məmmədov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Əhmədağa Cabbarov
"Bakcell Arena”, 19:00
"Zirə” – "Kəpəz”
Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Kamran Bayramov, Nail Nağıyev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Gülağa Cabarov
Zirə İdman Kompleksinin stadionu, 17:00
"Qəbələ” – AZAL
Hakimlər: Rəvan Həmzəzadə, Mehman Mahmudov, Vaqif Musayev, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Xaqani Məmmədov
Qəbələ şəhər stadionu, 17:00