AFFA-nın İntizam Komitəsi Azərbaycan Premyer Liqasının IX turunda yaşıl meydanlarda baş verən hüquq pozuntuları ilə əlaqədar cəzaları açıqlayıb. Sportnet.az-ın məlumatına görə, komitə "Neftçi"nin futbolçusu Jairo Rodrigesi 1 oyunluq cəzalandırıb.
Şüvəlanda keçirilmiş AZAL – "Neftçi" matçının 90+4-cü dəqiqəsində qonaqların müdafiəçisi sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Nəticədə klub 200 manat cərimələnib.
Komandaların əvəzedici heyətlərinin qarşılaşmasında isə "təyyarəçilər"in futbolçusu Əfsər Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu isə 100 manat ziyana düşüb.