
Türkiyənin "Fənərbağça" klubu İngiltərə "Çelsi"sinin baş məşqçisi Joze Mourinyoya təklif göndərib. Sportnet.az-ın məlumatına görə, bu iddia ilə türkiyə mətbuatı çıxış edib.
Bildirilib ki, İstanbul təmsilçisinin rəhbərliyi baş məşqçi Vitor Pereyranın qış fasiləsində istefasının mümkünlüyünü düşünür. Bu səbəbdən də "Çelsi"dən də ayrılacağı iddia edilən Mourinyoya təklif göndərilib. Artıq portuqaliyalı mütəxəssis klub rəhbərliyi ilə ilkin görüşə razılıq verib və yanvarda tərəflər bir araya gələcək.
İddiaya əsasən, "Fənərbağça" 52 yaşlı mütəxəssisə ildə 6 milyon avro nəğd, 4 milyon avro isə mükafat ödəyəcək.
Qeyd edək ki, Joze Mourinyo işlədiyi "Çelsi", "İnter", "Real Madrid", "Portu" klubları ilə dəfələrlə ölkə çempionu olub, Çempionlar Liqasının və UEFA Kubokunun qalibi adını qazanıb.






































































