1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Nazim Süleymanovdan üzrxahlıq və ittiham
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Nazim Süleymanov AVRO-2016-nın Bakıda keçirilmiş seçmə qrup matçında Ukraynaya 0:4 hesabı ilə uduzduqları üçün üzr istəyib. Sportnet.az-ın məlumatına görə, bu barədə 50 yaşlı mütəxəssis qarşılaşmanın ardından açıqlamasında bildirib.
Pis oynadıqlarını deyən Süleymanov matçla bağlı çox söz deməyə gərək olmadığını söyləyib: "Nəticə də bunu göstərir. Birinci hissədə qapılara qol vurulmasa da, Ukrayna yığmasının fərqlənmək üçün imkanları oldu. Biz də rəqibi əks-hücumda yaxalamaq istəyirdik ki, qol epizodu yaradıb fərqlənə bilək. Təəssüf ki, buna nail ola bilmədik. Oyun intizamı da məni qane etmədi. Ukraynalı futbolçular bizim oyunçulardan üstün oynadı. Böyükhesablı məğlubiyyətə görə futbolçular və öz adımdan xalqımızdan üzr istəyirəm. Uduzmaq olar, amma mübarizə aparmadan təslim olmaq peşəkarlığa sığmır".
Baş məşqçinin fikrincə, bu cür oyunla mərhələ adlamaq çətin olacaq: "Amma tələsməyək. Qarşıda 2 oyunumuz var. Əlimizdə olan heyətlə nəyisə dəyişməyə çalışacağıq”.
Qeyd edək ki, 5-ci qrupda ilk turun digər görüşündə Türkiyə millisi Bosniya və Herseqovinaya uduzub - 1:2. Noyabrın 12-də keçiriləcək növbəti turda qaliblər və məğlublar bir-biri ilə qarşılaşacaq.