
"Azəryol" klubunun baş məşqçisi Aleksandr Çervyakov Rumıniya "Tarqoviste"sini üstələdikləri CEV Kubokunun 1/16 final mərhələsinin cavab görüşündən sonra Sportnet.az-ın suallarını cavablandırıb...
- Qarşılaşma barədə nə deyə bilərsiniz?
- İlk görüşdə 0:3 hesabı ilə uduzduğumuzdan, cavab matçı əsəbi keçdi. İlkin məqsəd 3:0 və ya 3:1 hesabı ilə qalib gəlmək və "tay-breyk"i də öz xeyrimizə başa vurmaqdan ibarət idi. Əlbəttə, qızlar çox əsəbiləşdilər. Amma bu vəzifənin öhdəsindən gəldilər. Buna görə də hər birinə təşəkkürümü bildirirəm.
- Azərbaycan komandaları beynəlxalq oyunlarda, adətən, qələbəni setin sonlarında əldən verirlər. Amma bu dəfə əksini gördük: Bütün setlərin sonluğunda "Azəryol" vəziyyəti öz xeyrinə dəyişməyi bacardı...
- Çünki bu dəfə komandam çox istəkli və əsəbi idi. İlk görüşdə böyük hesabla uduzmuşduq. Cavab görüşündə yaxşı, mütəşəkkil oynadıq.
- Komandanızdan kimin oyununu xüsusi fərqləndirərdiniz?
- İlk növbədə, Katerina Jidkovanın oyununu qeyd edərdim. Malika Kanthonq və əlbəttə, Marin Apits də yaxşı oynadı.
- Bəs qələbənizdə hansı amil xüsusi rol oynadı?
- Fikrimcə, topun oyuna daxil edilməsi və qəbulu.







































































