
O, millimizlə birgə elit raunda vəsiqə qazana bilməmələrindən təəssüflənib: "Azərbaycan qardaş ölkədir. İstərdim ki, Azərbaycanla birgə elit raundda birgə mübarizə aparaq. Amma təəssüf ki, bu, mümkün olmadı. Hər oyunda qırmızı vərəqə alırıq. Amma bunun intizamsızlıqla əlaqəsi yoxdur. Çünki "qırmızı" alanlar arxa xətt oyunçularımızdır".
Qeyd edək ki, Türkiyə ilə matçda ilk yarının sonlarında millimiz qol vurmaq üçün yaxşı imkan əldə edib. Referi Türkiyə yığmasının futbolçusunu qovaraq, penalti təyin edib. Lakin Roman Hüseynovun zərbəsini "ay-ulduzlular"ın qapıçısı qaytarıb. Azlıqda olmasına baxmayaraq, qonaqlar fasilədən sonra qələbə topunu vurublar. Matçın uzatma dəqiqələrində isə Elnur Cəfərov rəqib futbolçu ilə toqquşma səbəbindən ikinci sarı vərəqə alaraq, meydandan qovulub. Beləliklə, millimiz bu dəfə də məğlubiyyətlə üzləşərək, xalsız qalıb.