1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"İlham Əliyevin zərbələri mərmi kimidir"
"Heydər Əliyevlə 3-4 dəfə görüşmüşəm. Məni "Şöhrət" ordeni ilə təltif edib. Oğlu İlham Əliyev ölkəni mirvariyə çevirib". Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycanın veteran futbolçusu Kazbek Tuayev "Sport Ekspress"ə müsahibəsində deyib.
75 yaşlı mütəxəssis ölkə prezidenti İlham Əliyevlə futbol oynadığını da açıqlayıb: "Bilirsiniz onun zərbələri necədir? Top mərmisi kimi! Prezident seçildiyi üçün futbolçu ola bilmədi. Məgər elə atanın oğlu futbolçu olacaqdı?"
K.Tuayev Azərbaycan yığmasının baş məşqçisi olduğu vaxt 1996-cı il avqustun 31-də Bakıda İsveçrəni 1:0 hesabı ilə yendiləri DÇ-1998-in seçmə qrup matçını ölkənin ovaxtkı prezidenti Heydər ƏIiyevin də izlədiyini xatırladıb: "Heydər Əlirza oğlu matçın başlamasından 20 dəqiqə sonra gəldi. Həmin vaxt da qol vurduq. Heydər Əliyev demək olar ki, qoldan dərhal sonra getdi. Elə 1:0 hesabı ilə qalib gəldik. Bu görüşdən sonra bütün Azərbaycan "Bu, nə isə Allahın bəxşişi idi" deyirdi. Mən inanırdım. İsveçrə yığmasının futbolçusu Murat Yakın penaltini vura bilmədi. Qapıçımız Aleksandr Jidkov onu qorxuzdu və top yandan keçdi".