Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov Türkiyənin
1-ci liqa təmsilçisi "Qaziantep BB” ilə müqavilə bağlamasının səbəbinin
açıqlayıb. Hücumçu Sportnet.az-a verdiyi açıqlamasında baş məşqçi və klub
rəhbərliyinin rolunu xüsusi qabardıb.
Cavadov bütün şərtlərini yerinə yetirən Qaziantep təmsilçisinin onu tam
qane etdiyini bildirib. 25 yaşlı futbolçu bu keçidini irəliyə atılmış addım
saydığını da dilə gətirib: "Nurullah Sağlam kimi mütəxəssislə çalışmaq mənə
olduqca xoşdur. Klub rəhbərliyi də öz yerində. Bütün istəklərimi həyata
keçirdilər. Açıq deyirəm, Türkiyənin Superliqa təmsilçilərindən də təklif
almışdım. Yox, bu klublar Türkiyə nəhəngləri deyildi. Ancaq insan gərək
oynadığı yerdə özünü rahat hiss etsin. Nəinki Türkiyə, həm Azərbaycan, həm də
Rusiyadan təkliflərim var idi. Ancaq "Qaziantep BB” mənə daha isti münasibət bəslədi.
Cəmi 1 həftə ərzində bütün məsələlərdə ortaq məxrəcə gəldik”.
Vaqif Cavadovun Sportnet.az-a müsahibəsi ilə az sonra
saytımızda tanış ola bilərsiniz.