
Dövlət himninin səsləndirilməsindən sonra Azərbaycan idmançılarının uğurlarından bəhs edən geniş süjet nümayiş etdirilib.
Daha sonra gənclər və idman naziri Azad Rəhimov çıxış edib: "Bu il yenə böyük uğurlarımız oldu. Şəxsən mən Avropa Oyunlarını yada salıram. Həqiqətən də çox böyük, çox möhtəşəm, qızıl hərflərlə yazılan idman tədbiri keçirmişik. Biz bir daha sübut etdik ki, bizim təşəbbüsümüz elə-belə olmayıb, biz Yay Olimpiya Oyunları keçirməyə qadirik. 56 medal bir daha sübut etdi ki, Azərbaycan idman ölkəsidir. Ən yüksək qiyməti prezident İlham Əliyev verdi. O, nailiyyətlərimizi çox yüksək qiymətləndirdi. 823 medal gələn il daha çox olacaq. Bakıda xeyli gözəl idman qurğusu tikilib. Bunlar şəhərə xüsusi gözəllik verirlər. Yenidən bu uğurlardan danışmaq istəməzdim. Bundan da yüksək nailiyyətlər gözləyirəm".