
DÇ-2014-də Hollandiya və Argentina yığmaları arasındakı yarımfinal qarşılaşmasını türkiyəli Cüneyt Çakırın rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Sportnet.az-ın məlumatına görə, 37 yaşlı referi bu mundialda 2 oyun idarə edib.
O, Braziliya - Meksika (0:0) və Rusiya - Əlcəzair (1:1) görüşlərində ədaləti qoruyub.
Qeyd edək ki, Hollandiya - Argentina görüşü iyulun 9-dan 10-na keçən gecə saat 01:00-da başlayacaq.