
ABŞ-ın əfsanəvi boksçusu Mayk Tayson Uruqvay yığmasının hücumçusu Luis Suaresin İtaliya ilə DÇ-2014-ün qrup matçında Corco Kyellini dişləməsinin səbəbini öz nümunəsi ilə izah edib. Sportnet.az-ın məlumatına görə, sabiq dünya çempionu Suaresi başa düşdüyünü bildirib.
Tayson deyib: "Bu, belə bir an idi: qan damarlarda o qədər güclü qaynayırdı ki, bütün rasionallığını keçirdi. Hərdən bunun öhdəsindən gələ bilmirsən".
Qeyd edək ki, Mayk Tayson da vaxtilə Evarder Holifildi döyüş zamanı qulağından dişləyərək, qoparıb.