Artıq UEFA püşkatma zamanı səpələnmişlər və səpələnməmişlər səbətlərini qruplara ayırıb. Sportnet.az-ın məlumatına görə, "Valletta" - "Qarabağ" cütünün qalibi Avstriyanın "Zalsburq" klubu ilə qarşılaşacaq.
Püşkatmanın nəticələri
Püşkatmanın nəticələri
Çempionlar qrupu
"Zalsburq" (Avstriya) - "Valletta" (Malta)/"Qarabağ" (Azərbaycan) cütünün qalibi
"Seltik" (Şotlandiya)/"Reykyavik" (İslandiya) cütünün qalibi - "Legiya" (Polşa)/"Sent Patriks" (İrlandiya) cütünün qalibi
BATE (Belarus)/"Skenderbeu" (Albaniya) cütünün qalibi - "Kliftonvill" (Şimali İrlandiya)/"Debretsen" (Macarıstan) cütünün qalibi
"Dinamo" (Zaqreb, Xorvatiya)/"Jalgiris" (Litva) cütünün qalibi - "Olborq" (Danimarka)
"Şerif" (Moldova)/"Sutyeska" (Monteneqro) cütünün qalibi - "Slovan" (Slovakiya)/TNS (Uels) cütünün qalibi
"Stromsqodset" (Norveç)/"Styaua" (Rumıniya) cütünün qalibi - "Dinamo" (Gürcüstan)/"Aktobe" (Qazaxıstan) cütünün qalibi
APOEL (Kipr) - "Rabotniçki" (Makedoniya)/HİK (Finlandiya) cütünün qalibi
"Sparta" (Çexiya)/"Levadiya" (Estoniya) cütünün qalibi - "Malmö" (İsveç)/"Ventspils" (Latviya) cütünün qalibi
"Ludoqorets" (Bolqarıstan)/"Düdelanj" (Lüksemburq) cütünün qalibi - "Partizan" (Serbiya)/"Torshavn" (Farer adaları) cütünün qalibi
"Makkabi" (Təl-Əviv, İsrail)/"Santa Koloma" (Andorra) cütünün qalibi - "Zrinski" (Bosniya və Herseqovina)/"Maribor" (Sloveniya) cütünün qalibi
Qeyri-çempionlar qrupu
"Zenit" (Rusiya) - AEL (Kipr)
"Lill" (Fransa) - "Qrasshoppers" (İsveçrə)
"Kopenhagen" (Danimarka) - "Dnepr" (Ukrayna)
"Standard" (Belçika)- "Panatinaikos" (Yunanıstan)
"Beşiktaş" (Türkiyə) - "Feyenoord" (Hollandiya)
__________________________________________________________________________________________________________________
00:01
Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq. Sportnet.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutacaq püşkatma nəticəsində Azərbaycan çempionu "Qarabağ"ın potensial rəqibi müəyyənləşəcək.
Ağdam komandası II təsnifat mərhələsində "Valletta"nı Maltada 1:0 hesabı ilə yenməyi bacarıb. Bu səbəbdən, təmsilçimizin növbəti mərhələyə yüksəlmə şansları yüksək qiymətləndirilir. Amma hər halda, iyulun 22-də keçiriləcək cavab görüşündə mərhələ adlamağı bacaran komandanı növbəti mərhələdə daha güclü rəqib gözləyir. Aralarında "Qarabağ" da olmaqla, növbəti mərhələyə keçəcək 17 kluba Çempionlar Qrupunda daha 3 komanda - "Zalsburq" (Avstriya), APOEL (Kipr) və "Olborq" (Danimarka) da qoşulacaq. Beləliklə, püşk nəticəsində Çempionlar Qrupunda 10 cütlük formalaşacaq. Qeyri-Çempionlar Qrupunun tərkibi isə 5 cütdən ibarət olacaq.