Qurbanov deyib: "Veriliş gündüz saatlarında olduğundan, baxa bilməmişəm. Amma məsələ belə olub: "Valletta” ilə cavab oyunundan sonra "Xəzər TV”nin əməkdaşları Vüqar Nadirovla Qara Qarayevə yaxınlaşıb verilişə dəvət ediblər. Onlar da məndən icazə alınmasının gərəkliyini bildiriblər. Telekanaldan mənə dedilər ki, Ağdamın işğalı ilə bağlı veriliş hazırlayırıq, istəyirik ki, ağdamlı futbolçular da gəlsin. Mən də ona görə icazə verdim. Verilişin əyləncə tipli olmasından xəbərim olmayıb. Belə çıxır ki, məni aldadıblar".
Baş məşqçi bildirib ki, verilişdə baş verənlər belə səs–küyə səbəb olubsa, həmin proqramın videoyazısını tapıb baxmağa çalışacaq.