"Sərhədçi" Olimpiya İdman Mərkəzində Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi start götürüb. Sportnet.az-ın məlumatına görə, ilk yarış günündə sərbəst güləş üzrə bütün çəkilərdə qaliblər müəyyənləşib.
Azərbaycan pəhləvanları 3 qızıl, 3 gümüş, 7 bürünc medal qazanıblar. Təmsilçilərimizdən qızıl medalları Hacı Əliyev (61 kq), Cəbrayıl Həsənov (74 kq) və Xetaq Qazyumov (97 kq) əldə edib. Əhmədnəbi Qvarzatilov (57 kq), Məhəmməd Müslümov (65 kq) və Emin Əzizov (70 kq) gümüş, Yaşar Əliyev, Mahmud Məhəmmədov (hər ikisi 57 kq), Ağahüseyn Mustafayev (65 kq), Ruslan Dibirhacıyev, Hacımurad Ömərov (hər ikisi 70 kq), Aleksandr Qostiyev (86 kq) və Aslan Dzebişov (125 kq) bürünc medala sahib olublar.
Qeyd edək ki, iyulun 26-da qadın, iyulun 27-də isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.
Qeyd edək ki, iyulun 26-da qadın, iyulun 27-də isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.