Türkiyənin "Fənərbağça" və "Qalatasaray" komandaları arasında keçiriləcək Superkubok matçı Bakıda təşkil edilə bilər. Sportnet.az-ın "3puan.com"a istinadən məlumatına görə, artıq Türkiyə Futbol Federasiyası (TFF) bu istiqamətdə fəaliyyətə başlayıb.
Son 2 Superkubok qarşılaşması Ərzurum və Kayseridə baş tutub. İndi isə TFF azarkeşlər arasındakı gərginliyi azaltmaq üçün oyunun xaricdə keçirilməsini istəyir. Amma türklərin çoxluq təşkil etdiyi Hollandiya və Almaniya xoşagəlməz olayların baş verə biləcəyindən ehtiyatlanaraq, bu varianta müsbət yanaşmır.
Qeyd edək ki, ötən illərdə də TFF "Qalatasaray" və "Fənərbağça" arasındakı Superkubok oyununu Bakıda keçirmək istəyib. Lakin AFFA vaxt azlığını səbəb göstərərək, təklifdən imtina edib.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |