1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
2 məşqçi yığmadan kəmarlaşdırıldı
Sentyabrın 3-də Azərbaycan milli komandası ilə yoldaşlıq görüşündə qarışılaşacaq Rusiya yığmasının məşqçiləri Aleksandr Nizelik və İtalo Qalbyatti postları ilə vidalaşıblar. Sportnet.az-ın Rusiya Futbol İttifaqının mətbuat xidmətinə istinadən məlumatına görə, Nizelik 2012-ci ildən çalışdığı məşqçilər korpusunda baş məşqçi Fabio Kapellonun tərcüməçisi funksiyasını da yerinə yetirib.
Qalbyatti isə Rusiya yığmasının məşqçilər heyətinə yerli mütəxəssislər Sergey Semak və İqor Simutenkovun avqustun sonlarında gətirilməsindən sonra istefaya göndərilib. Onlardan əlavə, Kapellonun məşqçilər heyətinə qapıçılarla işləyən məşqçi Sergey Ovçinnikov, Kristian Panuççi və fiziki hazırlıq üzrə Massimo Neri daxildir. Rusiya millisinin baş meneceri isə Oreste Çinkvinidir.
Millimizlə oyun öncəsi mətbuat konfransında Rusiya Futbol İttifaqının baş direkorunun beynəlxalq məsələlər üzrə müavini Yekaterina Fyodışina Kapellonun tərcüməçisi olub.
Qeyd edək ki, Rusiya və Azərbaycan yığmaları arasında yoldaşlıq görüşü sentyabrın 3-də"Ximki Arena"da keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.