1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ruslan Abışov: "Millimizdən əzmkar mübarizə və inamlı oyun gözləyirəm"
"Əvvəldən zədəli idim. Belə vəziyyətdə oynadığıma görə yeniləndi. Müalicə alıram, bir həftədən sonra məşqlərə başlayacağam". Bu sözləri Sportnet.az-a açıqlamasında Azərbaycan milli komandasının və "Qəbələ"nin müdafiəçisi Ruslan Abışov deyib.
Zədə səbəbindən yığmamızın Avro-2016-nın seçmə mərhələsində İtaliya ilə oyunu buraxmalı olan futbolçu bugünkü matçın çətin keçəcəyini bildirib: "İtaliya çox çətin rəqibdir, dünyanın öndə gedən yığmalarından biridir. Bugünkü oyunda komandamızdan ancaq əzmkar mübarizə gözləyirəm. İnamlı oynamaq lazımdır. Matç evdə olsaydı, hardasa başqa nəticəyə ümid edərdik. Səfərdə çox çətin olacaq".
Bu gün 27 yaşını qeyd edən Abışov yığmadan olan yoldaşlarının da onu yaddan çıxartmadığını dedi: "Ad günümü ailəmlə birgə qeyd edəcəyəm. Futbol başlayanda isə evdə olacağam, oyunu izləyəcəyəm. Milli komandadakı yoldaşlarım da məni yaddan çıxartmadılar, təbrik mesaji yazırlar. Bu da mənə xoşdur. Mən də onlara axşamkı oyunda uğurlar arzu edirəm".