"Futbolçuları tənqid eləmək istəmirəm. Heç nədən də şikayətlənməyə haqqım yoxdur”. Bunu İtaliya milli komandasının baş məşqçisi Antonio Konte Azərbaycan millisi ilə AVRO-2016-nın seçmə qrup matçından sonra deyib.
O, 2:1 hesabı ilə qalib gəldikləri oyunu belə dəyərləndirib: "Azərbaycan bizim qapımıza 1 zərbə belə endirməyi bacarmadı. Rəqib təsadüfdən qola sevindi. Azərbaycan millisinin qapısı önündə bir neçə qol vəziyyətlərindən yararlana bilmədik. Azərbaycan Pelermoya müdafiədə "oturmağa” gəlmişdi. Rəqibin qol ümidi isə standard vəziyyətlər idi. Bu istəklərinə də çatdılar” (apasport.az).