1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İvan Rakitiç: "Azərbaycan göstərdi ki..."
"Azərbaycan göstərdi ki, ciddi rəqibdir və istənilən komandaya başağrısı ola bilər. Sadəcə, bü gun bizim istədiyimiz oldu". Sportnet.az-ın məlumatına görə, bu sözləri Avro-2016-nın seçmə mərhələsi çərçivəsində dünən Osiekdə keçirilən Xorvatiya - Azərbaycan (6:0) oyunundan sonra verdiyi açıqlamada "Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç deyib.
Təcrübəli futbolçu böyükhesablı qələbəyə baxmayaraq, onları qarşıda hələ çətin yol gözlədiyini deyib: "Bugünkü qələbə bizə çox vacib idi. Lakin aydındır ki, hələ çətin oyunlarımız qarşıdadır. Əsas olan İtaliya ilə matçlardır. Hədəfimiz qrup birincisi olmaqdır".
Qeyd edək ki, xorvatlar İtaliya ilə eyni xala malik olsalar da, top fərqinə görə qrupda birinci yerdədirlər.