1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan klubunda daha bir "lipa" tapıldı
Azərbaycanın I divizionunda çıxış edən İmişlinin "Mil-Muğan" klubunun saxtakarlığı təsdiqlənib. Sportnet.az-ın məlumatına görə, I divizionun VI turunun "Kəpəz” – "Mil-Muğan” matçında İmişli təmsilçisinin futbolçusu Məmmədov Rəmzinin sənədlərinin saxta olması aşkar olunub.
AFFA futbolçuya və kluba lazımı sənədləri təqdim etmək üçün müddət versə də, qeyd olunmuş vaxta kimi sənədlər təqdim olunmayıb. Klub İntizam Komitəsinin tələb etdiyi sənədləri təqdim edə bilmədiyinə görə və matçın protokolunda "Kəpəz” klubunun etirazı nəzərə alındığı üçün cəzalanıb.
Cəzada 2014/2015 mövsümündə I divizionunda Rəmzi Məmmədovun istirakı ilə keçirilən "Mil-Muğan” klubunun bütün oyunlarına 0:3 hesablı texniki məğlubiyyət verilib və klub 1000 manat cərimə olunub. "Lipa"laşdırılmış futbolçunun AFFA və PFL-in bayrağı altında keçirilən bütün yarışlarda iştirakına 1 illik qadağa qoyulub və buna görə də klub əlavə 1000 manat cərimə olunub.