
"3 oyundan 0 xal qazanmağımız pis nəticədi. Məşqçi və komandanın qarşısına müəyyən məqsədlər qoymuşduq. Amma hələlik xal qazana bilməmişik”. Sportnet.az-ın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
O, dünən Azərbaycan millisinin AVRO-2016-nın seçmə mərhələsində Xorvatiyaya 0:6 hesabı ilə uduzmasına şərh verib: "Təəssüf ki, bu, reallıqdı. Biz vəziyyəti təhlil etməliyik və bu məsələ İcraiyyə Komitəsinin üzvləri ilə də müzakirə olunacaq. Berti Foqts nəticələrə görə izahat verməlidi. 0:6 hesabı ilə uduzmamalı idik. İki səfər oyunundan xalsız qayıtmaq da bizim məqsədimiz deyildi”. (apasport.az)