19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının keçmiş futbolçusu Samirə Məmmədzadənin yığmada "lezbiyanka"ların olmasına dair fikirlərinə AFFA-dan reaksiya verilib. Qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu Sportnet.az-a açıqlamasında Məmmədzadənin belə danışmasına milliyə yenidən çağırılmamasını səbəb göstərib.
O deyib: "Saytınızda bu fikirlərlə tanış olduqdan sonra AFFA-nın Texniki Departamenti ilə əlaqə saxladım. Oradan bildirildi ki, Məmmədzadə zəif təsir bağışladığı üçün millidən uzaqlaşdırılıb. Bundan sonra o, yiğmaya cəlb olunması üçün bir neçə dəfə müraciət edib. Amma hazırlıq səviyyəsi məşqçiləri qane etmədiyindən, götürülməyib. Dediklərinin heç bir əsası yoxdur. Belə açıqlamalar verməsi də məhz yığmaya qaytarılmaması ilə bağlıdır".
Qeyd edək ki, Samirə Məmmədzadə
Sportnet.az-a açıqlamasında qızlardan ibarət millimizdə xeyli "lezbiyanka"nın olduğunu bildirib. Bu hal xüsusən milliləşdirilmiş legionerlərdə özünü qabarıq büruzə verir.