
Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsini icra edən Mahmud Qurbanov Türkiyəyə yollanıb. Sportnet.az-ın məlumatına görə, bu barədə AFFA-nın rəsmi saytı xəbər yayıb.
Səfər ərəfəsində Qurbanov Türkiyə PTT 1. Liqasında "Samsunspor” – "Elazığspor” oyununu izləyəcək. Matç sabah Samsun şəhərindəki "Samsun 19 Mayıs” stadionunda keçiriləcək
Qeyd edək ki, milli futbolçu Cavid İmamverdiyev "Elazığspor"un şərəfini qoruyur.