"Bəzi KİV-lərdə AFFA-nın Azərbaycan – Norveç oyununa qədər yeni baş məşqçi ilə müqavilə bağlayacağı barədə yayılmış xəbərlər həqiqəti əks etdirmir". Sportnet.az-ın məlumatına görə, bu barədə AFFA-nın yaydığı rəsmi açıqlamada bildirilir.
Xəbərdə deyilir ki, AFFA rəhbərliyinin göstərişinə əsasən, assosiasiyanın nümayəndələri 10 nəfərdən artıq mütəxəssislə, həmçinin Robert Prosineçki ilə görüşüb. Bu görüşlərin hamısı tanışlıq xarakterlidir və tərəflər arasında hər hansı öhdəlik götürülməyib. Yaxın günlərdə proses barədə əlavə məlumat veriləcək. AFFA nümayəndələrinin görüşdüyü digər məşqçilərin bəzilərinin adı açıqlanacaq, qalanları isə mütəxəssislərin öz xahişinə əsasən məxfi saxlanılır.
O da qeyd olunub ki, Azərbaycan milli komandasında baş məşqçi vəzifəsi Mahmud Qurbanova həvalə olunub. AVRO-2016-nın seçmə mərhələsində noyabrın 16-da keçiriləcək Azərbaycan – Norveç oyununa millimiz M.Qurbanovun rəhbərliyi altında çıxacaq.