 

Avropa
Liqasında "Qarabağ” klubunun rəqibi İtaliya "İnter”i baş məşqçi postuna namizəd
axtarır. Sportnet.az-ın İtaliya mətbuatına istinadən məlumatına görə, son turda
"Parma”ya 0:2 hesablı məğlubiyyətdən sonra tezliklə komandanın hazırki baş
məşqçisi Valter Matsarinin postundan göndəriləcəyi bildirilir.
	
	 
Matsarinin
yerinə gətirilməsi planlaşdırılan namizədlərdən birinin hal-hazırda "Everton”da
menecer kimi fəaliyyət göstərən Roberto Martinesin olması göstərilir. Bildirilir
ki, Milan klubunun prezidenti Erik Toxir şəxsən ispaniyalı mütəxəssisin
gətirilməsində maraqlıdı.
	
	 
Qeyd edək ki, Martinesin "Everton”la 2017-ci ilin yayına kimi müqaviləsi var.








 
                 





 
     
     
     
     
     
     
     
     
     
    
























































