"Xəzər Lənkəran"ın sabiq baş
məşqçisi və türkiyəli tanınmış futbol mütəxəssisi Mustafa Dənizli
"Fənərbaxça"nın hollandiyalı futbolçusu Dirk Kuytla bağlı maraqlı fikir
səsləndirib. Sportnet.az-ın məlumatına görə, 64 yaşlı çalışdırıcı İstanbul
təmsilçisinin Kuytu çox yorduğunu deyib.
Dənizli 34 yaşlı hücumçunun arada bir
dincəlməli olduğunu bildirib: "Dirk Kuyt, sözün əsl mənasında, sıxılmış
limona dönüb. Bir az dincəlməsi lazımdı. Enerji yığmalıdı".
Qeyd edək ki, Dənizli 2013-2014 mövsümünün sonu "Xəzər Lənkəran"dan ayrılmışdı.