Fransanın
"Lans” klubunun prezidenti Jerve
Martel klubun rəsmi saytına açıqlama verib. Sportnet.az-ın məlumatına görə,
Martel açıqlamasında klubun əsas sahibkarı olan həmyerlimiz Hafiz Məmmədov
barədə fikir bildirib.
Fransa
klubunun prezidenti Hafiz Məmmədova hörmət etdiyini və onun əməyini yüksək
qiymətləndirdiyini qeyd edib: "Hafiz Məmmədov klubun əsas sahibkarıdı. O çox
əmək sərf edir. Bu gün o, çətin vəziyyətdədir və bu davam edir. Əks halda Hafiz
Məmmədov tam kompensasiyanı ödəyərdi və
mən də Bakıya getmək məcburiyyətində qalmazdım. Mənim də klub prezidenti kimi
vəzifəm işləyə bilmək üçün çətinliklərin həllini tapmaqdır. Bizim əsas
məqsədimiz bu il Liqada qalmaq və növbəti mövsümdən etibarən yeni stadionda
oynamaqdır. Hafizə öz təşəkkürümü bildiriəm. O bizə ilin sonuna kimi rahat olmağımıza
zəmanət verir. Mövsümün sonuna kimi görüləcək çox iş var. Hal-hazırda ağıllı davranırıq.
Hər kəsi sakitləşməyə dəvət edirəm.”
Martel Azərbaycanın Frqansadakı səfirinə də təşəkkürünü bildirib: "Azərbaycana çox sağol demək istəyirəm. Orada bizim problərimizi başa düşən, bizə kömək edə biləcək insanlar var. Azərbaycanın Fransadakı səfirinə də minnətdaram. O "Lans”ı yaxşı tanıyır.”